19 Noyabr 2019 12:50
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanun layihəsinə dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, dəyişikliklər haqda deputatlara Milli Məclis sədrinin müavini Valeh Ələsgərov məlumat verib.

Vitse-spiker deyib ki, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanun qəbul olunduqdan sonra İnzibati Xətalar Məcəlləsində dəyişikliklər olunub. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdən sonra “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanuna dəyişikliklər edilməsi zərurəti ortaya çıxıb.


Müəllif: Cavad

Oxşar xəbərlər