19 Noyabr 2019 13:26
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakimlərin tam müstəqilliyinə nail olmaq lazımdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri deputat Qüdrət Həsənquliyev Milli Məclisdə “Məhkəmələr və hakimlər haqqında” Qanununda dəyişiklik edilməsi barədə müzakirələr zamanı deyib.

Deputat qeyd edib ki, hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Məhəkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir: “Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxsləri Məhkəmə-Hüquq Şurası necə vəzifədən uzaqlaşdıra bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakiimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır”.

Millət vəkili təklif edib ki, hakimlərin iqtisadi müstəqilliyi məsələsinə baxılsın. Onun fikrincə, əgər hakimin evi yoxlusa, evlə təmin edilməli xidməti avtomobili olmalıdır: “Hakimlərə ən azı 10 min manat maaş verilməlidir”.

Deputat eyni zamanda hakimiyyət bölgüsü məsələsində şəffaflığın təmin edilməsinin vacibliyini irəli sürərək icra hakimiyyətini təmsilçisinin məhkəmə hakimiyyətində iştirakçılığına qarşı çıxıb.


Müəllif: Cavad