21 Noyabr 2019 17:21
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Cavanşir Feyziyev Avropa Parlamentində keçiriləcək görüşlərdə iştirak etmək üçün noyabrın 25-dən 30-na kimi Fransanın Strasburq şəhərində səfərdə olacaq.

Teleqraf.com xəbər verir ki, deputat səfər çərçivəsində Avropa Parlamentinin 20-yə yaxın üzvü, o cümlədən qurumun Azərbaycan üzrə daimi məruzəçisi xanım Jelena Zovko ilə görüşəcək.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev isə noyabrın 24-25-də İsrailin Təl-Əviv şəhərində səfərdə olacaq.

Deputat bu ölkəyə İsrail-Azərbaycan (Azİz) Beynəlxalq Assosiasiyasının III Qurultayında iştirak edəcək.


Müəllif: Cavad