Bibiheybət məscidindən jurnalistlərin binasına doğru 50 metr irəlidə yolda çatlar yaranıb.
Bu barədə jurnalist Aqil Uluxanlı məlumat yayıb.
Onun sözlərinə görə, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları hadisə yerindədir.
***
Aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət yaxın saatlarda müvəqqəti olaraq qismən məhdudlaşdırılır.
Bu barədə AAYDA-nın yaydığı məlumatda bildirilib
Məhdudlaşmanın bir hərəkət zolağı üzrə tətbiq edildiyi bildirilib:
“Digər zolaqlar üzrə hərəkətdə hər-hansı məhdudiyyət olmayacaq. Buna baxmayaraq ərazidə sıxlığın baş verməməsi üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
Məhdudlaşma təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edirik”.