Bu gün Ədliyyə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun inzibati binasında “Gender əsaslı zorakılığa qarşı 16 günlük kampaniya” çərçivəsində qadınlarla görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüş-qəbulda 60-dan çox rayon sakini iştirak edib. Qəbula gələn qadınlar fərdi qaydada problemlərini səsləndiriblər.
Sakinlərin problemləri dinlənildikdən sonra, müraciətlərin həlli istiqamətində aidiyyatı üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.