Bakının Nizami rayonunda "NZS" adlanan ərazidə zəhərlənən tələbələr xəstəxanadan evə buraxılıblar.
Təcili yardımdla 3 saylı Bakı Şəhər Xəstəxanasına çatdırılan 21 və 22 yaşlı tələbələr həkimlərin ilkin itbbi yardımından sonra ambulator müalicəyə yola salınıblar.
İlkin məlumata görə, həmin şəxslərin evdə hazırlanmış turşudan zəhərləndikləri ehtimal edilir.
***
09:27
Bakıda iki tələbə qidadan zəhərlənib.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Nizami rayonunun NZS qəsəbəsində iki nəfərin qidadan zəhərlənməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 07:59 da daxil olub.
Ünvana gedən həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər.
3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir.