30 Noyabr 2019 14:55
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə yeni üzv təyin olunub.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla bu vəzifəyə Yavər Səməd oğlu Hacıyev təyin edilib.

Qeyd edək ki, Y.Hacıyev 1990-ci ildə Naxçıvan şəhərində anadan olub.

O, 2012-2013-cü ildə Azərbaycan Mərkəzi Bankın Naxçıvan idarəsində operator işləyib. 2013-2019-cu ildə Kapital Bank Naxçıvan MR Baş İdarəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər