Google-un tibbi araşdırma bölməsi, Google Səhiyyə və İngiltərədəki İmperial Kolleci tərəfindən hazırlanan süni intellekt proqramı xəstəliklə bağlı daha yaxşı diaqnoz qoyur.
Teleqraf.com xəbər verir ki, proqram 29 min qadının mamoqrafiya görüntüləri əsasında altı həkim tərəfindən hazırlanıb. Hazırlanan alqoritm görüntüləri yaxşı nəticələr göstərib.
Süni intellekt radioloq tərəfindən oxunan mamoqrafiya görüntülərininin 2.7 faizində xərçəngin gözdən qaçdığını təyin edib.Diaqnozların 1.2 faizində isə döş xərçəngi diaqnozu qoyulmuş qadınların əslində xəstə olmadıqları aşkarlanıb. Proqram bir neçə saniyədə döş xərçənginə dəqiq diaqnoz qoyaraq həkimlərin yükünü azalda bilir.
Döş xərçəngi qadınlarda ürək xəstəliklərindən sonra ölümün ikinci ən böyük səbəbidir. Ancaq erkən aşkarlanması və müalicəsi nəticəni dəyişdirə bilər.