7 Yanvar 2020 12:57
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bilirsiniz nə gözləyirdim? Səhər restoran müdirlərinin, hansısa “Həci”nin, nə bilim alverçinin sevgilisi olmuşları müdafiə edən bəziləri Nərminin fotosunu paylaşıb, “Cinayətkar tapılsın” yazacaqlar, amma olmadı, bir-iki nəfərdən başqa. Yazıqlar olsun!”

Teleqraf.com xəbər verir ki, bu sözləri Xoşqədəm Hidayətqızı İnstaqramda Tovuz sakini 10 yaşlı Nərmin Quliyevanın meyitinin yandırılmış halda tapılmasından danışarkən deyib.

O, Nərminin ölümünə biganə qalanları qınayıb: “Bu həftələr əzində səsi çıxmayanlar ölü yanında şəkil çəkdirməyə gedir, başqa biriləri sakitcə seyr edirlər. Nərminləri öldürənlər ən ağır cəzaya məhkumdur, heç olmasa övladlarınız üçün narahat olun. Nərmin onsuz da həyatda yoxdur”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər