7 Yanvar 2020 14:23
2 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nərminin axtarışında özüm birbaşa iştirak etmişdim. Bunun üçün rayona getdim, kəndin camaatını dinlədim və elə orada da dedim ki, qız həyatda yoxdur. 10 ildən artıq təcrübəmiz var, bu kimi axtarışlarda müəyyən məqamlardan bəzi şeyləri aydınlaşdırmaq olur”.

Bunu Teleqraf.com-a açıqlamasında Xoşqədəm Hidayətqızı deyib.

Jurnalistin sözlərinə görə, o bu xəbəri gözləyirdi, lakin qəfil olması onu sarsıdıb: “10 yaşlı uşağı öldür, sonra da yandırmağa cəhd et. Bu dəhşətdir. Heç kəs bu cinayətə susmamalıdır. Cinayəti törədən kimdirsə tapılıb, ən ağır cəzasını almalıdır”.

Xoşqədəm Hidayətqızının fikrincə, cinayəti ört-basdır edə bilməyəcəyini düşündükləri üçün meyidi o hala salıblar: “Hər gün efirdən səslənirdim ki, biz sonuna qədər gedəcəyik. Polis daima kənddə olurdu. Cinayəti törədənlər gördülər ki, meyidi o kənddən çıxarmaq mümkün deyil”.

Jurnalist hesab edir ki, bu hadisəyə qarşı tədbir görülməsə, davamı ola bilər: “Bu, insanlıq deyil. Biz ölən heyvanlar üçün göz yaşı tökürük, yanan heyvanlar üçün günlərdir şəkil paylaşırıq, ağlaşırıq. Burada da bizim körpəmizə qarşı bu cinayət törədilib. Bu gün Nərmindirsə, sabah başqa bir Nəmin olacaq. Bizim günahsız körpələrimizə uzanan əl kəsilməlidir, kimliyindən asılı olmayaraq”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər