Vergilər Nazirliyi “SOCAR Downstream Management” MMC-ni dövlət qeydiyyatına alıb.
Teleqraf.com nazirliyə istinadən xəbər verir ki, yeni kommersiya qurumu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisinin (SOCAR Tower) yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 121 ünvanında qeydiyyatdan keçib.
“SOCAR Downstream Management”in nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Mustafa Mesut İlterdir.