Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin Xüsusi Texnika və Texnologiya fakültəsinin dekanı Ramiz Hüseynovu tələbələrə qanunsuz olaraq xüsusi hərbi geyim forması satdığına görə işdən çıxarıb.
Bu barədə Teleqraf.com-a AzTU-nun mətbuat xidmətindən bildiriblər.
“Dekan Ramiz Hüseynov tələbələrin rektora şikayətindən sonra işdən azad edilib”, - ATU-dan bildiriblər.