Sabah fasilələrlə yağış yağacağı, gecə saatlarında şimşək çaxacağı ehtimal olunur.
Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat veriblər. Güclü şimal-qərb küləyinin gündüz müləyimləşəcəyi gözlənilir. Havanın temperaturu gecə 18-20, gündüz 20-24 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 25-də fasilələrlə leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimal olunur. Qərb küləyinin gecə güclənəcəyi, gündüz mülayimləşəcəyi gözlənilir.
Havanın temperaturu gecə 15-20, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.