2 Fevral 2020 10:59
390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, imtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

İmtahan binasına buraxılış saat 10:45-də başa çatacaq. İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 847 nəfər qeydiyyatdan keçib.

İmtahanların idarə olunması üçün 4 imtahan rəhbəri, 72 zal nəzarətçisi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahan binasına giriş zamanı xüsusi buraxılış rejimi tətbiq olunacaq və üstündə mobil telefon, konspekt, eləcə də digər yardımçı vasitələr aşkar olunan bakalavrlar imtahan binasına buraxılmayacaqlar. İmtahan bitdikdən sonra iştirakçılar sual kitabçası və cavab kartını nəzarətçiyə təhvil verməlidirlər.


Müəllif: Teleqraf.com