2 Fevral 2020 09:58
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Milli Məclisə deputatlığa namizəd Kəmaləddin Qafarovun rayon seçiciləri ilə görüşləri davam edir.

Teleqraf.com xəbər verir ki, namizədliyi Yeni Azərbaycan Partiyasından irəli sürülmiş Kəmaləddin Qafarov fevralın 1-də Xutor qəsəbəsində bir neçə ailənin nümayəndələri ilə görüşüb.

Sakinlər yaşadıqları ərazinin problemləri ilə bağlı Kəmaləddin Qafarovla fikir ətraflı mübadiləsi aparıblar. Deputatlığa namizəd çatışmazlıqların aradan qaldırılması üçün müvafiq strukturlar qarşısında məsələ qaldıracağına və onların həllinə nail olacağına inam ifadə edib.

Görüşdə çıxış edən sakinlər dövlətimizin reallaşdırdığı islahatları ürəkdən dəstəklədiklərini bəyan edib və fevralın 9-da ən layiqli namizədə səs verəcəklərini bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər