24 Sentyabr 2014 20:42
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin oktyabrın 25-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi və «Spartak» İdman Cəmiyyətinin təşkilatçılığı ilə rabitə və informasiya texnologiyaları işçilərinin «Sağlamlıq-2014» Respublika Spartakiadasının təntənəli açılış mərasimi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, nazirlik tərəfindən “Sağlamlıq-2014” Respublika Spartakiadasının keçirilməsi ilə əlaqədar artıq hazırlıq tədbirlərinə başlanılıb.

«Sağlamlıq-2014» Respublika Spartakiadasının təşkili Təşkilat Komitəsi tərəfindən həyata keçirilir. Spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışların keçirilməsinə rəhbərlik bilavasitə «Spartak» İC-nin Respublika Şurasına və Baş Hakimlər Kollegiyasına həvalə olunub.

Spartakiadanın kütləviliyinin təmin olunması ilə əlaqədar RYTN-in kollegiyasının, RİHMİRK-nın və «Spartak» İC-nin Respublika Şurasının rəyasət heyətlərinin birgə qərarları ilə təsdiq olunmuş idman növləri üzrə yarışların əsasnamələri spartakiadada iştirak etmək üçün rabitə idarə, birlik, müəssisə və təşkilatlarına, o cümlədən özəl qurumlara göndərilir.

İdmanın atletiko-kross, voleybol, mini-futbol, kəndirdartma, nərd, şahmat, dama, ağırlıqqaldırma və ilk dəfə olaraq güllə atıcılığı növü üzrə keçiriləcək builki spartakiadada “Aztelekom” İB, BTRİB, ”Azərkosmos” ASC, “Teleradio” İB , “Azərpoçt” MMC, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM), Hərbiləşdirilmiş Mühafizə İdarəsi, Dövlət Radiotezliklər İdarəsi, Məlumat Hesablama Mərkəzi və özəl şirkətlərin nümayəndələrinin iştirakı gözlənilir.

Yarışlar oktyabr ayının 25-dən noyabr ayının 26-na kimi Bakının ayrı-ayrı idman qurğularında keçiriləcək.

Spartakiadanın ümumkomanda birinciliyində 1-3-cü yerləri tutan komandalar xatirə kubokları, ayrı-ayrı idman növlərində 1-3-cü yerləri tutan komandaların üzvləri və şəxsi yarışlarda 1-ci yeri tutan idmançılar qiymətli hədiyyələrlə təltif olunacaqlar.

İlhamə


Müəllif:

Oxşar xəbərlər