8 Fevral 2020 01:37
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu saata olan məlumata görə rayonlarda artıq havada dəyişiklik qeydə alınır.

Teleqraf.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyeva deyib.

Qərb küləyi Daşkəsəndə 28 m/s, Salyanda 23 m/s, Tovuzda 24 m/s, Tərtərdə 23 m/s, Naftalan, Ağstafada 20 m/s, Astarada 18 m/s, Göytəpədə 17 m/s, Şəkidə 15 m/s-dək güclənib. Göygöldə, Balakəndə, Gədəbəydə, Gəncədə, Zaqatalada, Ağstafada, Sarıbaşda, Şəmkirdə yağış yağır. Daşkəsəndə qar başlayıb.

Soyuq hava kütlələrinin ölkə ərazisinə tədricən daxil olması müşahidə edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər