25 Sentyabr 2014 14:38
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində suşi yeməyi sevən bir adam bu həvəsi ucbatından qorxunc xəstəliyə düçar olub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, beləki mütəmadi olaraq suşi, yəni çiy balıqdan hazırlanan yemək yediyi üçün bütün bədənini qurd basıb.

Çinli davamlı olaraq qarın ağrısı və bədəninin davamlı olaraq qaşındığı üçün həkimə müraciət edib.

Həkim müayinəsindən sonra məlum olub ki, bütün bədəninin hər yerində qurd var. Analizlərdən sonra həkimlər bu qurdlar suşi yediyi üçün meydana gəldiyini bildiriblər. Həkimlər həmin şəxsin lazım olduğundan artıq suşi yediyi üçün bədəninin hər tərəfini parazitlər əhatə etdiyi qənaitinə gəlib.

Həkimlərin fikrincə, bişirilməmiş ətlər parazitlərə yol aça bilər, ancaq həmin insanın indiki vəziyyəti çox az hallarda rastlandığı qənaitindədirlər. Əgər bu qurdlar həmin insanın beyninə doğru artarsa, belə məqamda onu həyatda saxlamaq mümkün olmayacaq.

AZAD


Müəllif:

Oxşar xəbərlər