25 Sentyabr 2014 14:50
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Ağdaş rayonunda əmək yarmarkası keçirilib.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə işsiz və işaxtaran vətəndaşlara 23-ü qeyri-dövlət sektoruna məxsus 39 müəssisədən 200-ə yaxın boş (vakant) iş yeri təqdim edilib. Yarmarkada 85 nəfər rayon sakininə boş iş yerlərinə göndəriş verilib.

Həmçinin tədbir zamanı müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunmaq üçün 14 nəfərin, ödənişli ictimai işlərdə çalışmaq üçün isə 13 nəfərin qeydiyyatı aparılıb.
Xatırladaq ki, ƏƏSMN tərəfindən bölgələrdə keçirilən Əmək yarmarkaları sabah, sentyabrın 26-da 5 rayonda Göyçay, Yevlax, Beyləqan, Lənkəran və Tərtər rayonlarında davam etdiriləcək.

Naibə


Müəllif:

Oxşar xəbərlər