Seçki qutuları Azərbaycanda deyil, xaricdə istehsal edilir. Onun ölçüsünü biz müəyyən etmirik.
Teleqraf.com xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib:
“Seçki qutuları beynəlxalq standartlara uyğun şəkildə xaricdəki müəyyən şirkətlər tərəfindən istehsal olunur. Beynəlxalq qurumların nümayəndələri də bilirlər ki, həmin seçki qutuları xaricdə istehsal olunur”.
MSK sədrinin sözlərinə görə, bəzən qutularla bağlı irad bildirilir ki, bu da əsassızdır:
“Seçki qutularının ölçüsü parlament, prezident seçkisində, referendum və bələdiyyə seçkilərində fərqli olur. Bələdiyyə seçkisində namizədlərin adları çox olduğu üçün seçki qutusunun həcmi də böyük olur”.