19 Fevral 20:13
457

Sumqayıtda ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar müddəti başa çatmış yaşayış binaları söküləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirilib.

Məlumata görə, 200-ə yaxın yaşayış binasının dam örtüyü, fasadları təmir olunacaq. Bundan başqa, 600 binanın istilik sistemi bərpa ediləcək, hər birinin 10 mindən çox əhalisi olan Corat qəsəbəsi və “St.Sumqayıt” yaşayış massivi ərazisində yeni uşaq bağçaları tikiləcək, eyni zamanda, mövcud uşaq bağçaları, məktəblər, mədəniyyət və səhiyyə ocaqları, idman qurğuları əsaslı təmir olunacaq.


Müəllif: Teleqraf.com