Suriyanın Aralıq dənizi sahillərində yerləşən Cəbla şəhərinə hücumun qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.
“Suriya Silahlı Qüvvələrinin (Bəşər Əsəd) hava hücumundan müdafiə sistemləri Cəbla şəhəri yaxınlığında yerləşən hərbi obyektlərə hücumların qarşısını alıb”, - deyə məlumatda bildirilib.
Məlumata görə, Cəbla şəhəri yaxınlığında Rusiya Hərbi Kosmos Qüvvələrinin bölmələrinin dislokasiya edildiyi Xmeymim bazası yerləşir.
Suriya dövlət televiziyası və Rusiya KİV baş verənlərə görə, Türkiyə tərəfindən dəstəklənən Azad Suriya Ordusunu ittiham edib.
Qeyd edək ki, ötən həftə Rusiyanın Suriyadakı nümayəndəsi Yuri Borenkov Xmeymim bazasına dronlarla (PUA) hücuma cəhd edildiyini açıqlamışdı.