20 Fevral 2020 22:55
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Şimal-Cənub” Politologiya Mərkəzinin təşkilatçılığı ilə Bakıda “Xəzər Könüllülük Məktəbi”nin birinci iclası və “Xoşməramlı meridianlar” müsabiqəsinin final mərhələsi keçirilib.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan, Rusiya və Qazaxıstanı təmsil edən müxtəlif könüllü fəaliyyəti təşkilatçılarının iştirak etdiyi iclasda sosial əhəmiyyətli layihələrin təqdimatı baş tutub.

Müsabiqədə Xəzəryanı ölkələr üzrə finala çıxmış 25 layihə beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib. Azərbaycanı təmsil edən DOST Agentliyinin “DOSTtalks” layihəsi “İlin layihəsi” seçilərək 1-ci yerə layiq görülüb. Qazaxıstanı təmsil edən “Sputnik” layihəsi 2-ci, Rusiyanı təmsil edən “Tom Soyer Fest” isə 3-cü yeri tutub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər