21 Fevral 2020 10:53
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığından yeni tunelin çəkilməsi ilə bağlı layihəni hökmətə təqdim edib.

Teleqraf.com xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.

Onun sözlərinə görə, layihə Bakı Nəqliyyat Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat İdarəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə nəzərdən keçiriləcək və təsdiq edildikdən sonra tikinti işlərinə başlanılacaq.


Müəllif: Teleqraf.com