3 Mart 2020 13:31
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Ekspert Mərkəzinin (JEM) sədri, “Tərəqqi” mükafatçısı Ceyhun Musaoğlunun “Sabah həmişə var” adlı ilk kitabının təqdimat mərasimi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, yazıçı-jurnalist kitab təqdimatına məhdud sayda qonaq dəvət edib.

Mərasim tamamilə fərqli məkan və formatda baş tutacaq.

Martın 5-də saat 19:00-da Monte Kristo restoranında keçiriləcək təqdimat mərasimində həmin gün 45 yaşı olan müəllifin yubileyi də qeyd olunacaq.

Gecə bədii üslubda İsveçsayağı formada gerçəkləşəcək gecə poeziya axşamı, musiqi çələngi, tamaşa ilə müşayiət ediləcək. Qonaqlar ölkənin tanınmış jurnalistləri, ictimai xadimləri, incəsənət nümayəndələri olacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər