Gənclər İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Peyntbol Federasiyası ilə birgə oktyabrın 3-də “ASAN xidmət” mərkəzlərinin əməkdaşları arasında Şüvəlan qəsəbəsi ARENA idman klubunda Peyntbol Turniri keçiriləcək.
Federasiyadan Teleqraf.com-a verilən məlumata görə, turnirin əsasnaməsi Gənclər və İdman Nazirliyi və Peyntbol Federasiyası tərəfindən təsdiq edilib. Turnir 16 komanda və hər bir komandanın tərkibində 6 idmançı olmaqla təşkil ediləcək.
Turnirin keçirilməsində məqsəd gənclərin fiziki hazırlığının artırılmasına dəstək, onların idman naliyyətlərinin, o cümlədən vətənpərvərliyin təbliğ edilməsi, peyntbol idman növünün gənclər arasında təbliği, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda mənəvi və fiziki tərbiyəsi, həmçinin, gənclərin sağlamlığının qorunması işinə xidmət göstərilməsidir.
Turnirdə 1, 2 və 3 –cü yerləri qazanacaq komandalara və digər iştirakçılara müvafiq olaraq qiymətli hədiyyələr, diplomlar, xatirə medalları təqdim olunacaq. İdmançıların mükafatlandırlması mərasimində Gənclər və İdman Nazirliyinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Peyntbol Federasiyasının rəhbərliyi iştirak edəcək.
BƏXTİYAR