Qurban bayramında Rusiyada qeyri-leqal miqrantlara qarşı əməliyyatın keçirilməsi gözlənilir.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Miqrasiya Xidməti oktyabrın 4-də keçirilməsi nəzərdə tutulan bayram günlərində bütün müsəlmanların məscidlərə gələcəyini təxmin edir.
Rusiya müsəlmanları müftisini müavini Ruşan Abbasov isə bildirib ki, hüquq-mühafizə orqanları tərəfindən aparılacaq yoxlamalar bütün insanlara aid olmayacaq, yalnız şübhəli şəxslərin sənədlərinə baxış keçiriləcək. O bildirib ki, Qurban bayramında Moskvada 5 məsciddə və əlavə 3 yerdə 150-200 min müsəlman tərəfindən bayram namazı qılınacaq, dualar oxunacaq.
BƏXTİYAR