Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Avropa ölkələrindən Azərbaycana turist axınını təmin etmək məqsədilə mütəmadi olaraq bir sıra tədbirlər hətaya keçirir.
Teleqraf.com xəbər verir ki, Fransanın Azərbaycan üçün turizm baxımından prioritet ölkə olduğunu nəzərə alaraq burada aaparılan təbliğat və təşviqat işləri xüsusi önəm kəsb edir. Nazirlik hər il Paris şəhərində keçirilən "Top Resa" adlı beynəlxalq turizm sərgisinə qatılır.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə cari ilin 19-29 sentyabr tarixlərində San-Sülpis meydanında keçirilən "Azərbaycan şəhərciyi" adlı sərgidə də Mədəniyyət və Turizm Nazirliyi təmsil olunur. Sərgi zamanı Nazirliyin stendini ziyarət edən qonaqlar interaktiv şəkildə www.azerbaijan.travel saytının fransız dili versiyası ilə tanış ola bilər.
Azərbaycanın turizm potensialının xarici telekanallarda yayımlanması tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə nüfuzlu Fransa televiziya kanalları arasında əməkdaşlıq uğurla davam etdirilir. Bunun nəticəsi olaraq cari ilin mart-avqust aylarında (18 həftə müddətində) Fransanın TV5 Monde və France 24 telekanallarında Azərbaycanın turizm potensialını təbliğ edən reklam çarxı nümayiş olunub. TV5 Monde kanalından alınan məlumata əsasən bu müddət ərzində reklam çarxı 378 dəfə nümayiş edilərək, 3 203 850 nəfər tərəfindən izlənilib.
İlhamə