23 Mart 2020 20:21
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin koronavirus (COVID-19) infeksiyasına Azərbaycanda yoluxma hallarının qarşısını almaq məqsədilə səsləndirdiyi çağırışa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Avtomobil Yollarının Mühafizə Xidməti MMC də qoşulub.

Teleqraf.com-un məlumatına görə, Avtomobil Yollarının Mühafizə Xidməti MMC cənab Prezidentin imzaladığı 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 manat vəsait köçürüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər