Milli Məclisin deputatlarının koronavirusa görə tibbi müayinədən keçməsinin nəticələri açıqanıb.
Teleqraf.com-un məlumatına görə, parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Trend-ə bildirib ki, tibbi müayinə nəticəsində deputatların heç birində koronavirus aşkarlanmayıb.
Deputatlar Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasından öncə koronavirusa görə müayinədən keçib.