29 Mart 2020 20:14
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda “Laboratory Of Art” adlı sosial layihə fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, layihənin rəhbəri yazıçı Fərid Nəsibzadədir.

Onun sözlərinə görə, bu layihə sosial tutuma malikdir və yeni imzalar, gizli qalmış istedadları üzə çıxarmaq və cəmiyyətimizə təqdim etməyi hədəfləyir.

8 nəfərdən ibarət komandada yeni imza sahibləri və incəsənətin inkişafı üçün təmənnasız iş görən insanlar yer alıb. Kiçik olmasına baxmayaraq, yarandığı gündən ətrafına istedadlı insanları yığmağı bacarır. Burada əsas məqsəd “Laboratory Of Art” layihəsinə incəsənətlə uzaqdan-yaxından əlaqəsi olan, maraqlanan, incəsənətin inkişafına töhfə vermək istəyən insanları bir araya toplamaqdır.

Layihənin əsas şüarı - “Kainatın hər elementi, bir incəsənət əsəridir”. “Laboratory of Art” layihəsinin məqsədi bir brend olmaq, dünya incəsənətinə açılmaqdır.

Nəsibzadənin sözlərinə görə, incəsənət platforması olan “Laboratory Of Art” ingilis dilindən tərcümədə “incəsənət laboratoriyası” deməkdir:

“Şəbəkələşmə yaradaraq və daha geniş auditoriyaya məqsədin çatdırılmasını hədəfləmişik. Bu da hələ son deyil. “Laboratory Of Art” komandası gələcəkdə mədəni-kütləvi tədbirlər, istedadlı gənclərlə yeni layihələr planlaşdırır”.


Müəllif: Mənsur Rəğbətoğlu