30 Mart 2020 17:03
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərnişin axını çox olan stansiyalarda səs gücləndiriciləri ilə elanlar veriləcək.

Bu barədə qurumdan Teleqraf.com-a məlumat verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, mart ayının
29-dan Bakı metropoliteninin iş vaxtı dəyişdirilib. Metropolitenin stansiyaları səhər saat 07:00-dan 09:00-dək, axşam isə 17:00-dan 20:00-dək sərnişinlərin girişinə açıqdır.

"Bakı Metropoliteni" QSC koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün profilaktik tədbirləri ilk günlərdən həyata keçirir və bu istiqamətdə davamlı işlər aparır. Martın 29-dan yeni iş vaxtı müəyyən edildikdən sonra "Bakı Metropoliteni" QSC bu prosesi səngitməyib, əksinə, daha da gücləndirib.

Yeni iş vaxtına keçiddən sonra metropolitendə sərnişin axınına nəzarət olunması və maarifləndirilməsi, verilmiş qərarlara, xüsusən bir-biri ilə ara məsafəsinin qoruması ilə bağlı nəzarət gücləndirilib.

Bakı metropoliteni stansiyalarının giriş sahələrində sərnişinlərin hərəkətini bir qədər də məhdudlaşdırıb tənzimləyən istiqamətləndiricilər qoyulub. Həmçinin sərnişin axını çox olan bir neçə stansiyada əlavə olaraq, xüsusi səs gücləndiriciləri ilə elanlar veriləcək, stansiyalarda sərnişinlərə davamlı olaraq müvafiq tövsiyələrin verilməsi intensivləşdiriləcək.

Sərnişinləri bir daha evdə qalmağa, özünütəcrid prinsiplərinə əməl etməyə, metropolitendən yalnız kəskin zərurət yaranacağı təqdirdə istifadə etməyə, metropolitendən istifadə edərkən, ara məsafənin qorunmasına daha diqqətli olmağa çağırırıq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər