31 Mart 2020 13:52
1 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər keçən gün ölkədə virusa yoluxma halları artmaqda davam edir. Bunun əsas səbəbi isə insanların sosial izolyasiya qaydalarına riayət etməmələridir. Bəs, vəziyyəti necə dəyişmək olar?

Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev Teleqraf.com-un suallarını cavablandırıb.

- Gücləndirilmiş qaydalar əhalinin laqeydliyini aradan qaldıra biləcəkmi? Məsələyə ciddi yanaşacaqlarmı?

- Qərargahın verdiyi qərarlar təbii ki, öz tərsirini göstərəcək. Hökumət insanların daha çox məsuliyyətli olmasına çalışır. Bizim insanlar epidemiyanın məsuliyyətini hələ dərk etirlər. Maariflənmə kifayət qədər var. Lakin barmaqarası yanaşanlar kifayət qədər çoxdur.

- Səhiyyə sistemi bu mübarizəyə kifayət qədər hazırdırmı?

- Epidemiyanın yayılması sürətli olduğu zaman heç bir ölkənin səhiyyə sistemi tab gətirə bilmir. Avropa ölkələrindən olan İtaliya və İspaniyanın səhiyyəsinin çökməsinin şahidi olduq. Yoluxma birdən yayıldığı üçün qarşısını almaq çətin olur. Buna görə də ən yaxşı qorunma üsulu izolyasiyadır. Yoluxmanın sayını yalız bu yolla minimuma endirmək mümkün olacaq.

- Məlumatlar yayılmışdı ki, infeksiya uşaqlara yoluxmur. Lakin son informasiyalara görə artıq körpələrdə virus aşkarlanıb...

- İmunintet sistemi güclü olan insanlarda yoluxma qeydə alınsa da, ölüm halları baş vermir. Son həftələrdə Hindistanda 17 aylıq körpə dünyasını dəyişdi. İstisnalar ümumi qaydaları pozmur. Çində uşaq ölümləri qeydə alınmadı. Anadangəlmə xəstəliyi olan uşaqlara virus təsir edir.

- Bəs hamilələrdə virus öz təsirini necə göstərir? Dölə keçmə ehtimalı varmı?

- Təbii ki, hamilələrə də təsir göstərə bilər. Lakin hamilələrdə ölüm halları qeydə alınmayıb. Dölə keçə bilir. Qrip xəstəliyində olduğu kimi problemlərə səbəb ola bilir, lakin bu, çox az hallarda baş verir.

- İnsanların epidemiyaya ciddi yanaşması üçün nə məsləhət görürsünüz?

- İctimai qınaq olmalıdır. Təkcə kütləvi informasiya vasitələri deyil, insanlar da bir-birinə məlumatlar verməlidir. Burada hamı birlikdə mübarizə aparmalıdır. Belə olduqda öhdəsindən gəlmək mümkündür.

- Virusdan qorunmaq üçün tövsiyələriniz nələrdir?

- İlk olaraq 20 saniyə ərzində əlləri sabunla yumaq vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi də belədir. Dezinfeksiyaedici məhlullardan istifadə olunmalıdır. Amma bu məhlul sabun qədər effektli deyil. Virusun xarici qatı libit qişasıdır və onu qoruyan əsas faktordur. Bu isə yalnız sabunun təsiri ilə tamamilə məhv olur. Eyni zamanda spirt 60 faizdən yuxarı olduqda llibit qatını zədələyib, virusu məhv edir.

Sirkənin adı çəkilsə də, əslində heç bir rolu yoxdur. Eyni zamanda bəzi şəxslər spirtli içki qəbul edərək virusdan qorunmağa çalışırlar, bunun faydası yoxdur. Həmçinin siqaret də bu siyahıya daxildir.
Ən vacibi isə izolyasiya qaydalarına əməl etmək lazımdır. Ən azı bir metr məsafəni qorumaq lazımdır. Maskadan kütləvi yerlərdə istifadə etmək lazımdır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər