1 Aprel 2020 11:47
322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Nəqliyyat Agentliyinin bir neçə gündür həyata keçirdiyi və bundan sonra xüsusi karantin rejimində həyata keçirəcəyi daşımalar adi sərnişin daşımaları deyil.

Teleqraf.com xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentlyinin mətubat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O, vətəndaşlara zərurət olmadığı halda evdən çıxmamağı və xususi karantin rejiminə əməl etməyə çağırıb:

"Həm müntəzam, həm də ekpres marşrut xətləri üzrə avtobuslar arası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda qeyd etmək istəyirəm ki, mümkün sərnişin axının qarşısınının alınması məqsədi ilə, ekpres xətlər üzrə ehtiyat avtobusların xəttə buraxılması da nəzərdə tutulur. Mövcud epidemik vəziyyətdə sərnişin daşımada məqsədimiz, həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə, xüsusi xidmət sahələri, ərzaq mağazaları, xüsusi xəstəxanalar, karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər