Azərbaycanda xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankın, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin istənilən bankomat və yaxud posterminallarından əldə edən zaman hər hansı əlavə faiz tutulmayacaq.
Teleqraf.com xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycam Mərkəzi Bank və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin birgə müraciətində öz əksini tapıb.
Qeyd olunub ki, vətəndaşlar sualları olacağı təqdirdə, 142 - Çağrı Mərkəzinə müraciət edə bilərlər.