30 Sentyabr 2014 10:47
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universiteti (ATU) əməkdaşlarının əmək şəraitinin və rifahının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq lazımi tədbirlər həyata keçirilir.

Teleqraf.com-un məlumatına görə, belə tədbirlər sırasında bu günlərdə ATU rektoru, akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə əməkdaşların əmək haqqının artımı haqqında qərarın verilməsidir. Rektorun əmrinə əsasən, professor-müəllim heyətinin maddi rifah halını bir qədər də yaxşılaşdırmaq, elmi-pedaqoji fəaliyyətini stimullaşdırmaq məqsədilə ATU əməkdaşlarının aylıq əmək haqqı orta hesabla 30 faizdən çox artırılıb. Əmr bu ilin oktyabr ayından qüvvəyə minir və ayrı-ayrı sahələrdə çalışan əməkdaşların hamısına şamil olunur.

Qeyd edək ki, ATU əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar artıq ənənə halını alıb. Belə ki, bu ilin əvvəlində də Tibb Universiteti işçilərinin aylıq vəzifə maaşlarının orta hesabla 25 faiz yüksəldilməsi haqqında qərar verilmişdi. ATU-da bu tendensiya demək olar ki, mütəmadi xarakter alıb. Universitet rəhbərliyi tərəfindən daim universitet əməkdaşlarının sosial rifahının, maddi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində addımlar atılır.

Naibə


Müəllif:

Oxşar xəbərlər