14 Aprel 2020 16:59
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi AXCP üzvü Baba Süleymanovun qanunsuz həbs edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən teleqraf.com0a verilən məlumata görə, burada qanunsuz həbs barədə səslənən iddialar tamamilə əsassızdır və qərəzdən irəli gələn bir dezinformasiyadır.

"Bakı şəhər sakini Süleymanov Baba tətbiq edilmiş xüsusi karantin rejimini pozduğu üçün saxlanılıb, barəsində toplanmış materiallarla birlikdə məhkəməyə təqdim olunub və məhkəmənin hökmü ilə inzibati qaydada həbs olunub. Yeri gəlmişkən qeyd edək ki, xüsusi karantin rejimini pozduqlarına görə təkcə mart ayı ərzində 160 nəfərdən çox şəxs inzibati qaydada həbs edilib. AXCP üzvünün qanunsuz həbs edilməsi iddiasına gəldikdə isə qeyd olunmalıdır ki, əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq cinayət, yaxud inzibati xəta törətmiş istənilən şəxs qanun qarşısında bərabədir və yol verdiyi hüquqazidd əmələ görə də cavabdehlik daşıyır", deyə məlumatda qeyd olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər