Vətəndaşlara müraciət edirik ki, karantin rejimi qaydalarına əməl eləsinlər. Əks-epidemik naliyyətin davam etməsi baxımından bu vacibdir.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin Sədri Ramin Bayramlı deyib: "Əks təqdirdə pik yoluxma halları baş verə bilər. Karantin rejimi tətbiq olinmasaydı, biz acınacaqlı mənzərənin şahidi ola bilərdik.
Xəstələrin sürətlə artması xəstəxanalarda yer çatışmzlığına gətirər. Biz inkişaf etmiş ölkələrdə bu vəziyyətlə rastlaşdıq"
O qeyd edib ki, epidemioloji problemə görə yoluxma arta bilər, bütün tədbirlər görülməlidir: "Düşmənin bizə bir nəfəs qədər yaxın olduğunu qarşıdakı bir il ərzində unutmamalıyıq. Karantin müddətinin uzadılması üçün Operativ Qərərgaha müraciət hazırlayırıq. Karantin rejimindən çıxma qaydaları da bu müraciətdə yer alacaq. Karantin rejimindən çıxdıqdan sonra belə xəstəliyin inkişafı təhlillərdən sonra aydınlaşdırılacaq Tədbirlərin yenidən sərtləşdirmə ehtimalını unutmamalıyıq.
Təkrar sərt karantin rejiminə keçməmək üçün bu qaydalara əməl etməliyik. Yaxın bir il ərzində həyat tərzinizi dəyişmək vacibdir".
İbrahim Məmmədov əlavə edib ki, karantin rejiminin bitməsi subyektiv iradədən asılı deyil: "Bunu hər kəs istəyir ki, iqtisadi aktivlik artsın. Həkimlərimizin fədakarlığı, vaxtında müdaxilə nəticəsində bu gün sabitləşdirmə mümkün olub. Bizə çağırışlar var idi ki, prosesə ciddi yanaşmayaq.
Biz başqa ölkələrin qarşılaşdığı faciə ilə qarşılaşmamalıyıq. Hələ virusa qalib gəlməmişik. Mübarizə gedir, bu bizi ruhlandırmalıdır ki, bir az da səbr göstərək".