16 Aprel 2020 12:08
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu epidemiya ilə mübarizənin ilk günlərindən Heydər Əliyev Fondu TƏBİB və Səhiyyə Nazirliyi ilə çalışır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov TƏBİB-in mətbuat konfransında deyib:

"Əminəm ki, TƏBİB və Səhiyyə Nazirliyi ilə əməkdaşlığımız davam etdiriləcək. Xaricdən mütəxəssislərin dəvət olunmasında bundan sonra da Heydər Əliyev Fondu öz dəstəyini göstərəcək".

Hande Harmancı əlavə edib ki, təklif verdikləri zaman gözlədiklərindən daha çox müsbət rəy alıblar: "Dəstək sayəsində işimiz asanlaşdı. Buna görə Heydər Əliyev Fonduna təşəkkür edirəm".

Ramin Bayramlı deyib ki, dekabr ayında Türkiyədə Azərbaycanlı Həkimlər Dərnəyində yerli həkimlərlə görüş keçirilib. Eyni zamanda xaricdə işləyən həkimlərimizlə bağlı TƏBİB-də ayrıca iş qrupu yaradılıb. Bu barədə yaxın zamanda məlumat veriləcək.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər