19 Aprel 2020 09:18
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dövləti pandemiyaya qarşı zamanında və çox ciddi tədbirlər həyata keçirdi. Söhbət karantin rejiminin və izoliyasiyanın həyata keçirliməsi ilə yanaşı, eyni zamanda ölkəyə həm istehsal, həm fərdi müdafiə, həm də həkim və xəstələr üçün zəruri ləvazimatlar gətirilməsindən gedir. 6 yeni tipli modul xəstəxana inşa edilir. "Yeni klinika" koronaviruslu xəstələrin müalicəsi üçün istifadəyə verildi.

Bunu koronavirus pandemiyası dövründə Azərbaycanda görülən işlər barədə Teleqraf.com-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib:

"Ölkənin mehmanxanaları, istirahət mərkəzləri karantin üçün istifadə olunur. Bununla yanaşı, sosial sahədə çox böyük həcmdə maliyyə vəsaiti ayrıldı və aztəminatlı ailələrlə yanaşı, işsizləri də əhatə edəcək. 2,5 milyard manat vəsait iş adamlarını dəstəkləmək, kreditləri sığortalamaq üçün ayrıldı. Prezidentin tapşırığı ilə Nazirlər Kabineti müafiq plan hazırladı. Bu plana uyğun olaraq, həm də vətəndaşların sağlamlığının qorunması istiqamətində ciddi addımlar atılır".

Asim Mollazadə bildirib ki, ölkə iqtisadiyyatının çox çətin dövründə vətəndaşların dəstəkləməsi üçün müvafiq maliyyə vəsaiti ayrıldı:

"2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bu tədbir 14 min nəfəri əhatə edir və bunun üçün 2.6 milyon manat ayrılıb. Mən düşünürəm ki, atılan addımların hamısı düzgündür. Çox çətin dövrdə ilk növbədə məhz Azərbaycan vətəndaşlarının sağlamlğı və hüquqları ön plana çəkildi. Bu, çox təqdirəlayiq haldır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər