Pandemiya ilə əlaqədar sosial dəstək tədbirlərinin geniş miqyas aldığı indiki dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, yalnız bu ay, yəni aprelin 1-dən 142 - Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən 94 minə yaxın zəng daxil olub.
Əmək, məşğulluq, sosial müdafiə tədbirləri, tibbi-sosial reabilitasiya, habelə hazırda həyata keçirilən sosial dəstək tədbirləri və s. ilə bağlı müraciətlər əməkdaşlar tərəfindən ətraflı cavablandırılır. Sorğu xarakteri daşıyan müraciətlərlə bağlı izahat və məlumatlar verilir.
Çağrı Mərkəzində saat 9:00-dan 24:00-a kimi 100-dək operator tərəfindən zənglər cavablandırılır.
Mərkəzin fəaliyyəti barədə videoçarxı təqdim edirik: