18 Aprel 2020 19:10
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyətlə əlaqədar olaraq, ölkənin müxtəlif bölgələrində aztəminatlı ailələrə müxtəlif könüllü qruplar və şəxslər tərəfindən yardımlar edilir.

Teleqraf.com xəbər verir ki, belə xeyriyyə aksiyasından biri də Kürdəmir rayonunda həyata keçirilib.

Aksiyanın təşkilatçısı Aqil Əliyev və onun könüllü komandası heç bir gəliri olmayan ailələrə içərisində zəruri qida vasitələri olan ərzaq paketləri paylayıblar. Aqil Əliyev hər kəsin belə xeyirxah işdə iştirakının önəmli olduğunu vurğulayıb.

Qeyd edək ki, Aqil Əliyev Kürdəmir şəhər 1 saylı cümə məscidinin müəllimidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər