27 Aprel 2020 01:53
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com günün qoroskopunu təqdim edir.

Qoç - İşgüzar danışıqlar konstruktiv alınır. Emosiyaları bir kənara qoyub, doğrudan da vacib olan məsələlərə köklənmək mümkündür. Taleyüklü qərarlar vermək, iddialı planlar qurmaq olar. İntuisiya və sağlam düşüncə bu gün yaxşı yola gedir. Həyati potensial yüksəkdir, yorulmaqdan, yaxud ciddi xəstəliklərdən qorxmağa dəyməz.

Buğa - sakit gündür. İstirahət edin, güc toplayın. Yorucu işlərdən qaçın. Təxirə salınması mümkün olan bütün işləri sonraya saxlayın. Özünüzü nə ilə sevindirə bilərsiniz? - Əsas düşüncəniz bu olsun.

Əkizlər - zinət əşyaları, parfümeriya və qəşəng geyimlər ala bilərsiniz. Romantik görüşlər üçün əla gündür. Axşam teatra, yaxud konsertə getmək də pis olmaz. Yeni tanışlıqlar ürəyinizcə olacaq.

Xərçəng - səfərlər üçün münasib gündür, amma yolda ehtiyatlı olmaq lazımdır: xoşagəlməz yol yoldaşlarınız işlərinizi və əhvalınızı korlaya bilərlər. Keçmişinizlə bağlı bir insanla görüş də kefinizi poza bilər. Özünü tükətmiş münasibətləri bərpa etməyə çalışmayın.

Şir - yeni layihələrin icrasına başlaya bilərsiniz. Ancaq bu zaman tərəfdaşlarınızın etibarlılığına tam əmin olmalısınız. Yalnız sizə öz vəfasını sübut etmiş adamlarla iş görün. Yeni işgüzar tanışlıqlar qurmaq məsləhət deyil.

Qız - şəxsi həyatınızda isə hər şey əladır. Görüşlər, yeni tanışlıqlar sizi sevindirəcək. Çoxdan dostluq etdiyiniz birilə romantik münasibətlərə başlaya bilərsiniz. Uzun müddət dil tapmağa çalışdığınız insanla bu gün, nəhayət ki, ünsiyyət qura bilərsiniz. Tezliklə aydın olacaq ki, aranızdakı fikir ayrılığının heç bir mənası yoxmuş. Uzaqdan xoş xəbərlər ala bilərsiniz.

Tərəzi - əhəmiyyəti az olmayacaq gündür: nəhayət ki, sizi çoxdan bəri narahat edən sualların cavabını tapmaq imkanı əldə edəcəksiniz. İlk növbədə bu, işlə bağlıdır. Müşahidə qabiliyyətiniz sayəsində həmkarlarınızın və rəhbərliyin motivlərini aydınlaşdırmaq asan olacaq. Sonrakı taktikanı fikirləşmək isə su içmək kimi asandır.

Əqrəb - uğursuz gündür. Nüfuzlu və hiyləgər düşmənlərlə mübarizə aparmalı olacaqsınız. Öz maraqlarınızı qorumaq çətin olacaq. Bir çoxları maliyyə vəziyyətlərinə görə narahat olacaqlar. Ancaq işlər düşündüyünüz qədər də acınacaqlı deyil. Günün ikinci yarısı planlaşdırılmamış xərclər mümkündür.

Oxatan - əgər gərəksiz risk etməsəniz, gününüz yaxşı keçəcək. Bir məqsəd uğrunda hər şeyi qurban vermək istəyi çox güclü olacaq, amma yaxşı olar ki, məntiqinizi dinləyib ehtiyatlı olasınız. Maraqlı iş təklifləri almağınız mümkündür.

Oğlaq - xeyli maraqlı imkan yaranacaq. Sizin üçün çətin olanı isə bunların arasından birini seçməkdir. Əsas odur ki, çox fikirləşməyəsiniz, əks halda hamısı əlinizdən çıxar. Maraqlı görüşlər, sərfəli iş təklifləri almağınız mümkündür.

Dolça - ciddi, sevindirici hadisələr baş verir. Narahatlıq üçün səbəb yoxdur. Rahat olub axına qoşula bilərsiniz. Əlbəttə, belə taktika elə də səmərəli deyil, amma dincəlib güc toplamağa imkan verir.
Yeni romantik münasibətlərə başlamaq, yaxud əvvəlki əlaqələri bərpa etmək üçün yaxşı gündür. Bunun üçün xüsusi bir şey etməyiniz tələb olunmayacaq - yetər ki, istəyəsiniz.

Balıqlar - neytral gündür. Xoşagəlməz hadisələr və həlli mümkünsüz problemlərin yoxluğu sizi sevindirəcək. Maliyyə işləriniz düzəlir, pul ala bilərsiniz. Hətta həvəssiz başladığınız işin öhdəsindən də asanlıqla gəlirsiniz. Uzaqdan xoş xəbərlər, maraqlı təklif və dəvətlər ala bilərsiniz.

Milli.Az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər