1 Oktyabr 2014 21:59
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyi” Azərbaycan Respublikiası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər Poçtu: Gənc qadınlar üçün nümunəyi mülki təşəbbüs birliklərinin təşkili” layihəsi çərçivəsində Gəncə, Göygöl, Samux və İsmayıllı rayonlarında tədbir keçirib.

Tədbirdə çıpxış edən layihə direktoru Etibar Əsədov bildirib ki, müasir dövrdə qadınlara qarşı olan diskriminasiya və zorakılıq hallarının aradan qaldırılması, qadınların cəmiyyətin bərabərhüquqlu üzvü kimi özünəinamının artırılması istiqamətində hökumət tərəfindən davamlı addımlar atımlağına baxmayaraq bu sahədə mövcud problemlər qadınların cəmiyyətdə hökm sürən mənfi steriotiplərlə mübarizəsini çətinləşdirir. Bu baxımdan həyata keçirilən layihə mühüm əhəmiyyət kəsb edir.

E.Əsədov layihə barəsində danışarkən qeyd edib ki, əsas hədəf ucqar regionlarda intelektli və potensiallı gənc qadınlardan istifadə edərək vətandaş cəmiyyətinə keçid prosesinə stimul verməkdir.

Tədbridə çıxış edən ekspert Hüseyn İbrahimov qeyd edib ki, bu qurum gənc qadınların rəy və təşəbbüslərinin müzakirəsi, onların ehtiyac və imkanlarının öyrənilməsi, yerli hakimiyyətin gənc qadınlarla bağlı gördüyü və görəcəyi işlər haqqında informasiyaların əldə olunması və ötürülməsi baxımından əhəmiyyətli ola bilər: “Digər tərəfdən yerli gənc qadınlar üçün yaradılan Gənclər Poçtu yerli gənc qadınlar - yerli icra hakimiyyəti - bələdiyyələr arasında koordinasiyanın yaradılmasına, çoxtərəfli diskussiyaların təşkil olunmasına və informasiyaların mübadiləsinə şərait yarada bilər.Təklif olunan ideya gənc qadınlara qərarqəbuletmə gücünün artırılması, ortaq nöqteyi-nəzərlərin axtarışı, dialoq mühitinin yaradılması, konflikt və gərginliklərin azaldılmasını, son nəticədə isə mülki cəmiyyət quruculuğu yolunda yerli gənc qadınlar arasında sivil mədəniyyətin inkişaf etdirilməsini nəzərdə tutur”.

Ekspert Hüseyn İbrahimov onu da qeyd edib ki, layihə çərçivəsində hər rayonda 5 nəfər könüllüdən ibarət Koordinasiya Qrupunun yaradılacaq. Bu qrup məlumatların toplanması və təhlili metodlarının hazırlanması və yerli gənc qadınların kollektiv fəaliyyətinin prinsiplərinin formalaşdırılması, vətəndaş cəmiyyəti ilə bağlı bilik və informasiyaların, mülki cəmiyyətlə bağlı çap vasitələrini yerli gənc qadınlar arasında yaymaq işini həyata keçirəcək: “ “Gənclər Poçtu” Koordinasiya qrupu üzvlərinin yerli hakimiyyət nümayəndələri ilə “Zərif Təmas” adlı görüşlərinin keçirilməsi nəzərdə tutulur”.

Sonda Gəncə, Samux, Göygöl və İsmayıllıda Koordinasiya Qrupu yaradıldı. Qrup üzvlərinin qısa zamanda yerli icra hakimiyyəti orqanalrı ilə görüşlərinini keçirilməsi planlaşdırılır.


Müəllif: