27 Aprel 2020 17:21
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövcud şəraitə uyğun olaraq, tələbələrimizə məzmunun çatdırılması əsas prioritetdir. Bəzi ali təhsil müəssisələrimiz onlayn təhsilə qısa müddət ərzində start verdilər.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil Naziri Ceyhun Bayramov Operativ qərərgahın brifinqində deyib:

"Hazırda 21 ali təhsil müəssisi onlayn təhsilə qoşulub və proses davam edir. 95 min tələbə onlayn platforma vasitəsilə dərslərdən yararlanırlar. Bu istiqamətdə ali təhsilin əlçatanlığını xüsusi qeyd etməliyik. 2019-2020-ci ildə tədris alanların sayında artım müşahidə edilib. Bəzi tələbələrimiz ödənişsiz təhsil almaq hüququ əldə ediblər və bu sıralarda 1-ci və 2-ci qrup əlillər də yer alır".

C. Bayramov 2021-ci ildə 23 min tələbənin dövlət hesabına təhsil almasının planlaşdırıldığını qeyd edib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər