Ötən iki həftə ərzində yoluxma halları aşağı düşüb. Lakin karantin rejimi yumşaldığı üçün yoluxma halları artıb.
Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib:
"Aprelin 29-da yoluxma halları sağalmanı üstələmişdi. Hazırda iki zidd tendensiya müşahidə olunur. Həkimlərimizin fədakarlığı hesabına vəziyyət nəzarət altındadır. Dünyanın əksər ölkələri karantin rejimindən çıxmağa hazırlaşır".
O qeyd edib ki, Operativ Qərargah karantin rejiminin mayın 4-dən 31-dək uzadılması barədə qərar qəbul edilib:
"Yoluxma hallarının faiz etibarilə yüksək olduğu Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərində karantinin yumuşaldılması zəif sürətlə davam edəcək. Bu şəhərlərdə dövlət qurumlarında işləyənlərin fəaliyyəti bərpa edilir. Hazırda karantin rejimindən müxtəlif sürətlə çıxılır".