Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 4 və 5 may tarixlərində Moskva prospektindən, həmçinin Bakı Dairəvi-1 avtomobil yolundan “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılır.
Teleqraf.com xəbər verir ki, alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan və Biləcəri enişindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.
Təmir-tikinti işləri Müzəffər Həsənov küçəsinin 20 Yanvar dairəsindən Mirzə Abbas Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində də aparılır. Bu səbəbdən təmir işləri bitənədək küçənin sözügedən hissəsi ilə də hərəkət məhdudlaşdırılıb.