4 May 2020 13:21
2 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

190 manat müavinətin təyin olunan, lakin müəyyən səbəblərdən bundan xəbərsiz olan şəxslər var. Vətəndaşlar ilk ayın müavinətində Azərpoçt-un saytında birdəfəlik ödəmənin təyin edilib-edilməməsi ilə bağlı məlumat əldə edib, ödənişi alırdılar. Bəs ikinci ayın ödənişində bu insanlar nə etsinlər?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı Teleqraf.com-a açıqlamasında bildirib ki, bu kimi hallarla müraciət edənlər var:

"Bəzi vətəndaşlar var ki, qeydiyyat zamanı səhv əlaqə nömrəsi qeyd ediblər, yaxud ümumiyyətlə, əlaqə nömrəsi yazmayıblar. Buna görə də onlara SMS xəbərdarlıq göndərmək mümkün olmur. Əgər vətəndaş əlaqə nömrəsini səhv qeyd edibsə, məşğulluq mərkəzi ilə əlaqə saxlayıb, bu barədə məlumat versin".

Əsmər Nəcməddinqızı əlavə edib ki, müavinətlərin son verilmə tarixi hələ ki müəyyən edilməyib: "Proses davam edir. Vətəndaşları bir az təmkinli və səbrli olmağa çağırırıq. Yaxın günlərdə hər bir vətəndaşa imtina və yaxud təyinatla bağlı sms göndəriləcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər