5 May 2020 10:09
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünun keçirilməsi hər şeydən öncə bu beynəlxalq təşkilatın sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarlığı və bu təşəbbüskarlığın üzv ölkələr tərəfindən yüksək qiymətləndirilməsi kimi başa düşülməlidir. Diqqət etsək görərik ki, videokonfransda yalnız Qoşulmama Hərəkatının təmas qrupu iştirak etmirdi. Videokonfransa dünyanın ən böyük beynəlxalq təşkilatının, yəni BMT-nin baş katibi, Afrika İttifaqının sədir, Ümumdünay Səhiyyə Təşkilatının baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi də qatılmışdı ki, bu da ev sahibi qismində çıxış edən Azərbaycana həmin təşkilatların münasibətinin göstəricisi idi.

Bu fkirləri Teleqraf.com-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib:

"Heç də həmişə hər hansı beynəlxalq təşkilatın tədbirlərinə digər beynəlxalq qurumlar belə həvəslə qatılmırlar. Bu, ilk növbədə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin beynəlxalq nüfuzu və həm də hazırda ən aktual problem olan covid 19 problemini bir daha beynəlxalq ictimaiyyətin gündəliyinə təqdim etməsi ilə əlaqədar idi.

Qlobal pandemiya vəziyyətində beynəlxalq həmrəylik koronovirusa qarşı mübarizəni olduqca effektli edə bilər. Lakin bəzi hallarda buna nail olmaq o qədər də asan deyil.

Artıq hamıya məlumdur ki, nəinki dünya dövlətləri, hətta Avropada eyni hərbi siyasi və iqtisadi blokda yer alan ölkələr belə koronovirausa qarşı mübarizədə həmrəylik nümayiş etdirə bilmədilər. Qarşılıqlı yardımlaşma və kommunikasiya heç də arzuedilən səviyyədə olmadı. Nəticdə bu gün dünyanın 170-dən çox ölkəsi beynəlxalq səhiyyə və maliyyə qrumlarına üz tutaraq onlardan yardım istəyir. Məhz belə mürəkkəb və çətin bir dövrdə Azərbaycanın təşəbbüskarlığı, kommunikasiya qurma bacarığı qarşılıqlı yardımlaşmanı ən azından Qoşulmama Hərəkatına üzv olan ölkələr arasında təimin etmək üçün cəhd göstərməsi üzv dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təqdirlə qarşılandı".

Millət vəkilinin fikrincə, Azərbaycan hər şeydən əvvəl ölkə daxilində koronovirusa qarşı önləyici tədbirlər almaqla, dövlətin bütün imkanları ilə vətəndaşını yanında olması ilə nümunə göstərən bir ölkədir:

"Videokonfrans iştirakçılarına görülən işlər haqqında məlumat verən Prezident İlham Əliyev bu məsələlərdən danışarkən qeyd etdi ki, Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirmiş, nəticədə kütləvi yoluxma hallarının qarşısı alınmışdır. Son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasında dinamikanın müsbət olması bunu təsdiq edir. Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır.

Ölkəmizdə iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunub. Ümumilikdə dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. Ancaq bu da görülən tədbirlərin hamısı deyil".

O bildirib ki, Azərbaycan eyni zamanda ÜST başda olmaqla bəzi ölkələrə də yardım edir və bu da hazırki çətin vaxtda əsl dayanışma və həmrəylik nümunəsidir:

"Ona görə də 40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Toplantısı bir daha Azərbaycana və dövlət başçımıza olan inamın, etibarın və etimadın göstəricisi kimi qiymətləndirilməlidir. Zirvə görüşünə BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun, Afrika İttifaqı Komissiyası sədrinin qatılması, BMT baş katibi cənab Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti cənab Cozef Borelin videomüraciət ünvanlması, habelə Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, dövlət başçımıza çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləridir.

Bütün bunlarla yanaşı milli təhlükəsizliyimizi təhdidi edən COVİD-19 pandemiyasına qarşı dövlət başçımızın həyata keçirdiyi tədbirlərin vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilməsi , Prezident İlham Əliyevin ünvanına hər gün müxtəlif regionlarımızdan çoxsaylı minnətdarlıq məktublarının daxil olması da ayrıca vurğulanmalı bir məsələdir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər