5 May 2020 17:55
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkimlərə əlavə ödənişlərin edilməsi ilə İcbari Tibbi Sığorta məşğul olur.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın brifinqində deyib: "Mən bu barədə məlumat verə bilmərəm".

İbrahim Məmmədov əlavə edib ki, karantin xəstəxanalarındakı həkimlərin maaşına 3 misli qədər, birbaşa xəstələrə qulluq edən həkimlərin əmək haqqının 5 misli qədər vəsait əlavə olunacaq.

O qeyd edib ki, çarter reyslərinin təşkil olunması barədə işlər davam edir: "Xaricdən vətəndaşlarımızın ölkəyə gətirilməsi üçün karantin yerləri olmalıdır. Ukraynada yaşayan vətəndaşlarımızın problemləri müzakirə olunub. Yaxın zamanda Ukrayındakı vətəndaşlarımızın gətirilməsi üçün reys təşkil olunacaq".

Ziyad Səmədzadə bildirib ki, Azərbaycan xalqının sağlamlığı üçün görülən işlər göz qabağındadır :"Qısa zamanda fonda bu qədər vəsaitin toplanması ciddi hadisədir, proses davam edir. Hələlik fonda toplanan gəlirlərin həcmi Azərbaycanın 90-cı illərdəki büdcəsinin 10 faizini təşkil edir.

Fondun vəsaitlərinin xərclənməsi barəsində təkliflərin verilməsi vacibdir. Biz hamımız nikbin baxışlarla gələcəyə getməliyik. Fondun hesabına yaradılan işlərdən hər birimiz sevinib, qürur duyacağıq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər